Menu

Aysel Əlimirzə qızı Əmirova (Tərcümeyi-Hal)

Azərbaycan Rəssamlar İttifaqının Gənclər bölməsinin üzvü, Respublika və beynəlxalq festivalların laureatı. Rusiya Federasiyasının Moskva şəhərində 3 mart 1987-ci ildə anadan olub. Kiçik yaşlarından rəssamlığa böyük həvəs, maraq göstərdiyi üçün, T.İsmaylov adına uşaq yaradıcılıq qalereyasında məşğul olmağa başlayıb. İlk uğuru 1998-ci ildə ''Xocalı faciəsi'' adlı sərgi-müsabiqəsində Respublika üzrə 1ci dərəcəli diploma layiq görülməsidir.

1999-cu ildə isə 50 rəsmdən ibarət ilk fərdi sərgisi həmin qalereyada keçirilib. Dərnəkdə məşğul olduğu illər ərzində beynəlxalq sərgilərdəABŞ, Yaponiya, Rusiya, Gürcüstan, İranda keçirilən sərgi-müsabiqələrdə fəal iştirak edib,diplom və mükafatlara layiq görülüb.

2000-ci ildə onun ''Mənim şəhərim'' və ''Şərq gözəli'' adlı rəsmləri bir çox əsərlər içindən CONOCO PHİLİPS neft şirkəti tərəfindən təbrik açıqcaları üçün seçilmişdir.

2001-ci ilin dekabr ayında gənc paralimpiyaçı kimi Milli Olimpiya Komitəsində Prezidentimiz cənab İlham Əliyevlə görüş zamanı çəkdiyi portreti ona hədiyyə kimi təqdim etmişdir.

2002-ci il noyabr ayında Azərbaycanın Londondakı səfirliyində və 2003-cü il iyun ayında Şotlandiyanın CONOCO PHILIPS neft şirkətinin ofisində təşkil olunmuş sərgi-satışlarda ''İçəri şəhər'' və  ''Azərbaycan gözəli'' adlı tabloları nümayiş olunmuş və ən yüksək müsbət rəy almışdır.  

2003-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq və İncəsənət Kollecinə rəngkarlıq ixtisasına daxil olub.

Təhsil aldığı illərdən başlayaraq (2003-cü ildən) Azərbaycan Rəssamlar İttifaqının, Mədəniyyət və Turizm, Gənclər və İdman Nazirliyi tərəfindən keçirilən sərgilərdə fəal iştirak etməyə başlayıb.

2007-ci ildə Ə.Əzimzadə adına Kolleci fərqlənmə diplomu ilə bitirib.

2007- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına rəngkarlıq ixtisasina daxil olub.

2007-ci ilin oktyabr ayında Heydər Əliyev fondunda Word Intellectual Property Organization təşkilatı tərəfindən rəssamlıqda yüksək nailiyyətlərinə görə qızıl medalla təltif olunub. ''Meyvələr'' adlı kətan üzərində yağlı boya ilə işlənmiş tablosunu fonda hədiyyə edib.

2009-cu ilin fevralın 26-da Azərbaycan Rəssamlar İttifaqının xətti ilə Ankarada keçirilən ''Xocalı soyqırımı'' sərgisində ''Şəhid anası'' adlı rəsmi ilə iştirak edib.

Həmin ilin avqustun 20-23-də Moskva şəhərində keçirilən MDB ölkələri arasinda sağlamlıq imkanları məhdud olan gənclərin Beynəlxalq xalq yaradıcılığı festivalında ''Xəyallarda'' və  ''Güllərim''  adlı işləri ilə 2-ci yerə Laureat mükafatına layiq görülüb. Gənclər və İdman nazirliyi tərəfindən 1 fevral 2010-cu ildə Laureat mükafatı və gənclər günü münasibətilə '' Gənclər mükafatı '' ilə təltif olunub.

2009-cu ilin dekabr ayında Nobel Oil şirkəti tərəfindən Ayselin 13 rəsm işləri seçilmiş və onlardan ibarət açıqcalar və təqvimlər çap olunmuşdur.

2011-ci ildə isə ADRA-ni bakalavr dərəcəsini fərqlənmə ilə bitirib.

2011- ci ildədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsinə daxil olub. 

2011-ci ilin may ayında Prezident təqaüdünə layiq görülmüşdür.

2013-cü ildə ADRA-nın magistratura pilləsini fərqlənmə diplomu ilə bitirib.

2014-cu ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dissertanturasına daxil olmub.